...

Çində COVID-19-a yoluxanların sayında kəskin artım qeydə alınıb

Dünya xəbərləri Materials 13 Mart 2022 08:51 (UTC +04:00)
Çində COVID-19-a yoluxanların sayında kəskin artım qeydə alınıb

Bakı. Trend:

Ötən sutka ərzində Çində kəskin fazada 1,9 mindən çox yeni koronavirus xəstəsi və 1,4 mindən çox simptomsuz xəstə aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Çin Səhiyyə Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, onlardan müvafiq olaraq 1807 və 1315 yoluxma halı ölkə daxilində baş verib.

Bir gün əvvəl Çində qeyd olunan göstəricilər 476 və 1048 təşkil edib. Əhalisi 9 milyon olan Çançun şəhərində koronavirusun yayılması sıbıbindən karantin elan olunub.

Pandemiya dövründə Çində koronavirusa 115 466 şəxs yoluxub. Onlardan 4636 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti