...

G7 XİN rəhbərləri Ukraynadakı hadisələri müzakirə edəcəklər

Dünya xəbərləri Materials 17 Mart 2022 08:08 (UTC +04:00)
G7 XİN rəhbərləri Ukraynadakı hadisələri müzakirə edəcəklər

Bakı. Trend:

G7 ölkələrinin xarici işlər nazirləri arasında bu gün Ukrayna ətrafında vəziyyətlə bağlı növbəti onlayn danışıqlar keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə "TASS"a Yaponiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Yaponiya tərəfindən danışıqlarda XİN rəhbəri Yosimasa Hayasi iştirak edəcək.

Qeyd edilir ki, qarşıdakı danışıqlarda tərəflər Ukrayna ətrafında mövcud vəziyyəti müzakirə etməyi, gələcək fəaliyyətlər barədə fikir mübadiləsi aparmağı və G7 çərçivəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti