...

Yeni Zelandiya sahillərində gəmi batıb

Dünya xəbərləri Materials 21 Mart 2022 04:48 (UTC +04:00)
Yeni Zelandiya sahillərində gəmi batıb

Bakı. Trend:

Yeni Zelandiyanın şimal sahillərində gəminin batması nəticəsində 5 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə "New Zealand Herald" qəzeti xəbər verib.

Məlumata əsasən, 10 nəfər olduğu gəmi bazar günü saat 20:00 radələrində təhlükə siqnalı verib. Axtarış tədbirləri nəticəsində 5 nəfər xilas edilib, onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Xilasetmə işləri hələ də davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti