...

G7, NATO və Aİ sammitlərində Ukraynanın mövqeyi qətiyyətlə səsləndiriləcək - Zelenski

Dünya xəbərləri Materials 22 Mart 2022 07:06 (UTC +04:00)
G7, NATO və Aİ sammitlərində Ukraynanın mövqeyi qətiyyətlə səsləndiriləcək - Zelenski

Bakı. Trend:

Martın 24-də keçiriləcək G7, NATO və Aİ liderlərinin sammitlərində Ukraynanın mövqeyi qətiyyətlə səsləndiriləcək.

Trend-in məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

"Mən bu gün Niderlandın baş naziri Mark Rütte və Fransa prezidenti Emmanuel Makronla danışdım. Avropada keçiriləcək mühüm sammitlər ərəfəsində mövqelərimizi əlaqələndiririk. Martın 24-də G7-nin, NATO və Avropa İttifaqı liderlərinin görüşləri keçiriləcək. Bizim mövqeyimiz aydındır. İnanın mənə mövqeyimiz qətiyyətlə səsləndiriləcək", - deyə V.Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti