...

Fransada aprel ayı üçün rekord şaxta qeydə alınıb

Dünya xəbərləri Materials 4 Aprel 2022 14:02 (UTC +04:00)
Fransada aprel ayı üçün rekord şaxta qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 4-ə keçən gecə Fransa ərazisində aprel ayı üçün rekord şaxta qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Meteorologiya Xidməti bildirib.

Qeyd olunur ki, Marna departamentinin Murmelon-le-Qran şəhərində 9,3 dərəcə şaxta, Nyevr departamentinin Never şəhərində 7 dərəcə şaxta qeydə alınıb.

Bundan başqa, Fransanın şərqindəki Nansi, Kolmar və Sent-Etyen şəhərlərində temperatur mənfi 6 dərəcəyədək enib.

Bu göstəricilər Fransada meteoroloji müşahidələrin başladığı 1947-ci ildən bəri aprel ayının ən aşağı temperaturu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti