...

Afinada tətillə əlaqədar ictimai nəqliyyatın hərəkəti dayanıb

Dünya xəbərləri Materials 6 Aprel 2022 12:28 (UTC +04:00)
Afinada tətillə əlaqədar ictimai nəqliyyatın hərəkəti dayanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada həmkarlar ittifaqlarının 24 saatlıq tətili ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti dayanıb.

Trend-in məlumatına görə, paytaxtda bütün metro stansiyaları işini dayandırıb, tramvay və trolleybuslar xəttə çıxmayıb. Marşrut avtobusları 30 dəqiqədən 45 dəqiqəyədək intervalla işləyir.

Qeyd olunur ki, həmkarlar ittifaqları yüksək qiymətlərə etiraz edir və əməkhaqlarının artırılmasını tələb edir.

Eyni zamanda Afina Qəzet Jurnalistləri İttifaqı da əməkhaqqının artırılması tələbi ilə bu gün dörd saatlıq tətil elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti