...

Türkiyənin şərqində "Eren Abluka" əməliyyatının yeddinci mərhələsi başlayıb

Dünya xəbərləri Materials 29 Aprel 2022 04:31 (UTC +04:00)
Türkiyənin şərqində "Eren Abluka" əməliyyatının yeddinci mərhələsi başlayıb

Bakı. Trend:

Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Abluka" antiterror əməliyyatının yeddinci mərhələsi başlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, əməliyyatın əsas məqsədi - Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Xüsusi təyinatlılar Tunceli vilayətinin rayonlarından birində axtarış əməliyyatı həyata keçirirlər. Fəaliyyət çərçivəsində 40 qrup tərkibində ümumilikdə 600-dən çox jandarma xüsusi təyinatlısı cəlb edilib.

Əməliyyatın ilk günü Buzlutəpə bölgəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların 5 sığınacağı aşkar edilib, oradan çoxlu sayda terror təşkilatına aid sənədlər ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti