...

Haitidə kriminal dəstələrin qarşıdurması 26 nəfərin ölümünə səbəb olub: BMT

Dünya xəbərləri Materials 4 May 2022 03:51 (UTC +04:00)
Haitidə kriminal dəstələrin qarşıdurması 26 nəfərin ölümünə səbəb olub: BMT

Bakı. Trend:

Haitinin paytaxtı Port-o-Prensdə kriminal dəstələr arasında baş verən qarşıdurma 26 dinc sakinin ölümünə, 22 nəfərin yaralanmasına səbəb olub.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barərə BMT məlumat yayıb.

Qeyd olunur ki, toqquşmalar nəticəsində yüzlərlə insanı evlərini tərk etməyə məcbur edib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, son hadisələr Haiti paytxatının Croix-des-Buquets kommunasında, Cite Soleil, Bas Delmas və Martissantda baş verib. Krua-des-Buket kommunasında baş verən toqquşmalar nəticəsində 1200 nəfər evlərindən didərgin düşüb.

Qurbanların sayının artacağı istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti