...

Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təhvil verib

Dünya xəbərləri Materials 9 May 2022 21:53 (UTC +04:00)
Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təhvil verib

Bakı. Trend:

Ukrayna bu gün Avropa İttifaqına üzvlüyünə namizəd statusu almaq üçün tələb olunan sorğu ərizəsinin doldurulan ikinci hissəsini təhvil verib.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina bildirib.

Məlumata əsasən, bu sənəddə Ukrayna ölkə qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirdi (acquis communautaire).

İkinci hissənin cavabları təxminən 4 min səhifədən ibarətdir ki, bu da Avropa İttifaqı ilə Assosiasiya Sazişinin 8 illik icrasından sonra Ukrayna qanunvericiliyinin vəziyyətini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti