...

Türkiyə ilin sonuna qədər daha 3 ölkəyə Yörük 4x4 zirehli avtomobili tədarük edəcək

Dünya xəbərləri Materials 9 İyun 2022 06:29 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə istehsalı olan Yörük 4x4 taktiki təkərli zirehli maşınlar ilin sonuna kimi daha üç ölkəyə tədarük ediləcək.

Trend xəbər verir ki, bunu "Anadolu" agentliyinə "Nurol Makina" şirkətinin baş direktorunun müavini Anıl Karel deyib.

Onun sözlərinə görə, şirkət ümumilikdə Türkiyənin zirehli texnikasının dünyanın 20 ölkəsinə tədarükü ilə bağlı müqavilələr imzalayıb.

"Hazırda tədarük zəncirlərindəki pozuntular əsas problem olaraq qalır. Müştərilərin sifarişlərini vaxtında yerinə yetirmək üçün şirkət rəhbərliyi müəyyən tədbirlər görüb", - deyə A.Karel bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti