...

"Pençe-Kilit" əməliyyatı başlayandan Türkiyə ordusu Şimali İraqda 220 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 12 İyun 2022 06:14 (UTC +04:00)
"Pençe-Kilit" əməliyyatı başlayandan Türkiyə ordusu Şimali İraqda 220 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 silahlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yaraqlılar həmsərhəd ölkənin üç bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.

Qurumdan bildirilib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində addımlarını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti