...

ABŞ ölkəyə daxil olarkən koronavirus testindən keçmək tələbini ləğv edib

Dünya xəbərləri Materials 12 İyun 2022 08:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da ölkəyə gələnlər üçün məcburi koronavirus testindən keçmək tələbi ləğv edilib.

Trend xəbər verir ki, Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) müvafiq qərarı bazar günü Şərqi Sahil vaxtı ilə saat 00:01-də qüvvəyə minib.

Göstərilən vaxtdan sonra yerli hakimiyyət orqanları başqa ölkələrdən ABŞ-a hava ilə səyahət edən sərnişinlərindən təyyarəyə minməzdən əvvəl neqativ COVID-19 testi və ya xəstəliyə yoluxaraq sağalma haqqında sənəd tələb edilmir.

Bununla belə, ABŞ vətəndaşı və miqrasiya vizası olmayan sərnişinlər yola düşməzdən əvvəl peyvənd olunma haqqında sertifikat təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti