...

İspaniyada son 20 ilin ən isti iyun ayı qeydə alınıb

Dünya xəbərləri Materials 15 İyun 2022 14:15 (UTC +04:00)
İspaniyada son 20 ilin ən isti iyun ayı qeydə alınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada iyun ayında son 20 ilin ən yüksək temperaturu qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Meteorologiya Agentliyi bildirib.

Qeyd olunur ki, İspaniyanın cənubundakı Sevilya və Kordoba şəhərlərində temperatur 44 dərəcəyədək çatıb.

Ölkənin şimalında isə - paytaxt Madriddə, Saraqosa və digər şəhərlərdə 40 dərəcə isti qeydə alınıb.

Ölkə ərazisində şiddətli istilərin bir müddət davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti