...

Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları baş nazirin istefasını tələb ediblər

Dünya xəbərləri Materials 24 İyun 2022 22:16 (UTC +04:00)
Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları baş nazirin istefasını tələb ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefasını tələb ediblər.

Trend xəbər verir ki, etiraz aksiyalarında minlərlə insan iştirak edir.

Etirazçıların tələblərini fəal Şota Diqmelaşvili səsləndirib:

Baş nazir İraklı Qaribaşvili istefa verməlidir.

Avropa Komissiyasının tövsiyələrini yerinə yetirəcək Milli Razılıq hökuməti formalaşdırılmalıdır.

Tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti