...

Almaniyada G7 sammiti ilə əlaqədar 20 minədək etirazçının küçələrə çıxacağı gözlənilir

Dünya xəbərləri Materials 25 İyun 2022 19:46 (UTC +04:00)

Bakı. Trend:

Almaniya polisi şənbə günü Münhendə 26-27 iyunda keçiriləcək G7 liderlərinin sammiti ilə əlaqədar 20 minədək etirazçının küçələrə çıxacağını gözləyir.

Trend xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizliyi təmin etmək üçün Almaniya polisi 18 min əməkdaşını cəlb edəcək.

Nümayişlərə 50 antiqloballaşma qrupunun qatılacağı gözlənilir. Onların tələbləri sırasına mədən yanacaqlarından imtina, aclığa qarşı mübarizənin gücləndirilməsi, sosial ədalət, yerin biomüxtəlifliyinin qorunması daxildir.

Qeyd edək ki, G7 ölkələrinin liderləri Ukrayna ətrafındakı vəziyyəti, ərzaq və enerji böhranını, iqlim dəyişikliyini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti