...

İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək - Kalın

Dünya xəbərləri Materials 27 İyun 2022 05:05 (UTC +04:00)
İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək - Kalın

Trend-i buradan izləyin

Bakı. Trend:

İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin görüşü keçiriləcək.

Trend xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.

"Hazırda Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Hər iki tərəfin razılığı olacağı təqdirdə yaxın vaxtlarda İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında görüş keçiriləcək", - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, bu görüşdə Ukrayna taxılının tədarükü mexanizmi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti