...

Tehranda 200-dən çox idarəyə elektrikin verilişi dayandırılıb

Dünya xəbərləri Materials 28 İyun 2022 15:45 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün və bu gün İran paytaxtı Tehranda 200-dən çox idarəyə elektrikin verilişi dayandırılıb.

Trend-in məlumatına görə, bunu İranın Tehran Elektrik Enerjisinin Paylanması Şirkətinin icra direktoru Kambiz Nazerian deyib.

K.Nazerianın sözlərinə görə, bu idarələr İranın Energetika Nazirliyinin elektrik istehlakının azaldılması ilə əlaqədar xəbərdarlıqlar əsasında elektrik istehlakını azaltmayıblar. İdarələrin elektrik istehlakı azalmadığı halda, onların adları ictimaiyyətə elan olunacaq.

İranda yayda elektrik çatışmazlığının aradan qaldırılması məqsədilə 11 iyundan 25 avqustadək dövlət idarələrinin iş saatları dəyişdirilib. Qeyd olunan müddətdə iş saatı yerli vaxtla saat 07:00-da başlayır və 13:30-da bitir.

İranda elektrik istehsalı potensialı 86 min meqavat saatdan çoxdur. Bu yay da gündəlik elektrik çatışmazlığının 10 min meqavat saatdan çox olacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti