...

Cənubi Çin dənizində 30 nəfərin olduğu gəmi batıb

Dünya xəbərləri Materials 2 İyul 2022 12:06 (UTC +04:00)
Cənubi Çin dənizində 30 nəfərin olduğu gəmi batıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Çin dənizində, Honq Konq sahilindən 300 kilometr cənub-qərbdə mühəndis gəmisi batıb.

Trend-in məlumatına görə, göyərtəsində 30 nəfərin olduğu gəmi bölgədə tüğyan edən tayfunun episentrinə düşərək yarı bölünüb.

Dənizçilərin axtarışı və xilas olunması üçün qəza yerinə təyyarə və helikopterlər göndərilsə də, kəskin hava şəraiti xilasetmə əməliyyatlarına mane olur.

Qeyd olunur ki, dənizdə dalğaların hündürlüyü 10 metrə çatır, görüntü məsafəsi 500 metrə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti