...

Rusiyada son sutka koronavirusa 4,5 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 17 İyul 2022 13:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada son stuka ərzində koronavirusa 4 664 yoluxma halı qeydə alınıb.

Trned xəbər verir ki, koronavirus testinin nəticəsi müsbət çıxan şəxslərdən 705 nəfəri xəstəxanaya yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18 490 296 nəfərə çatıb.

Eyni zamanda, son sutkada 46 nəfər həyatını itirib, 2 483 nəfər isə sağalıb.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 381 881 nəfərə, koronavirusdan sağalanların sayı isə 17 908 809 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti