...

Türkiyə ordusu Suriyanın şimalında 25 terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 27 İyul 2022 11:32 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında antiterror əməliyyatı çərçivəsində iki hərbçinin həlak olmasından sonra həyata keçirdiyi əməliyyat zamanı 25 terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, səhər saatlarında "Fərat qalxanı" əməliyyat bölgəsində terrorçuların hücumu zamanı iki türk hərbçi həlak olub.

Nazirliyin məlumatına əsasən, hücumdan sonra Türkiyə ordusu "Fərat qalxanı" və "Sülh bulağı" bölgələrində genişmiqyaslı əməliyyat keçirib və 25 PKK mənsubunu zərərsizləşdirib.

Antiterror əməliyyatlarının davam etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti