...

İranda daşqınlar səbəbi ilə daha bir şəhər boşaldılıb

Dünya xəbərləri Materials 31 İyul 2022 10:23 (UTC +04:00)
İranda daşqınlar səbəbi ilə daha bir şəhər boşaldılıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənubunda yerləşən Fars vilayətinin Hesami şəhəri və 7 kənd leysan yağışları səbəbi ilə ötən gecə boşaldılıb.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Xəlil Abdullahi deyib.

X.Abdullahinin sözlərinə görə, həmçinin Bəxtəqan rayonunda 2,3 min əhalisi olan Kuşk kəndi boşaldılıb.

Abdullahi deyib ki, daşqınlar səbəbi ilə vilayətin Kazerun rayonunda 6 kəndi də boşaldıla bilər.

Qeyd edək ki, ötən gün İranın cənub-şərqində Kirman vilayətinin Dehəc şəhəri daşqınlar səbəbi ilə boşaldılıb.

Son məlumatlara görə, ötən 9 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 61 nəfər ölüb, 32 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti