...

Türkiyə Metsamor AES-də ola biləcək qəzalara qarşı təlimlər keçirib (FOTO)

Dünya xəbərləri Materials 19 Avqust 2022 15:10 (UTC +04:00)
Türkiyə Metsamor AES-də ola biləcək qəzalara qarşı təlimlər keçirib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən və dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri kimi göstərilən Metsamor Atom Elektrik Stansiyasından yarana biləcək təhlükələrə hazır olmaq üçün İğdırda təlim keçirilib.

Trend “Anadolu”ya istinadən xəbər verir ki, Ermənistanda yerləşən və Iğdırın 8 kəndinə yaxın ərazidə yerləşən Metsamordan yarana biləcək kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) təhlükəsi halında, bölgədə həyata keçirilməsi planlaşdırılan əməli işlərlə məşğul olmaq qərara alınıb.

Təlimlərdə Qars vilayətinin Fövqəladə Hallar İdarəsi və digər dövlət strukturları iştirak ediblər.

Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı hərəkətlərin məşq edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti