...

Yaponiya G7 sammitinə ev sahibliyi etmək üçün 145 milyon dollar xərcləyəcək

Dünya xəbərləri Materials 24 Avqust 2022 05:50 (UTC +04:00)
Yaponiya G7 sammitinə ev sahibliyi etmək üçün 145 milyon dollar xərcləyəcək

Bakı. Trend:

Yaponiya Xarici İşlər Nazirliyi 2023-cü maliyyə ili (2023-cü il aprelin 1-dən başlayır) üçün büdcə sorğusuna 19,9 milyard yen (təxminən 145 milyon dollar) təşkil edəcək G7 sammitinə ev sahibliyi etmək xərclərini daxil etməyi planlaşdırır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bundan əlavə, departament nüvə silahı olmayan dünya konsepsiyasını təbliğ etmək məqsədilə gənclərin nümayəndələrinin Xirosima və Naqasakiyə səfərlərinin təşkili üçün 1,2 milyard yen (təxminən 8,7 milyon dollar) istəmək niyyətindədir.

Xirosima 2023-cü il mayın 19-dan 21-dək G7 sammitinə ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti