...

Cill Bayden yenidən koronavirusa yoluxub

Dünya xəbərləri Materials 24 Avqust 2022 22:56 (UTC +04:00)
Cill Bayden yenidən koronavirusa yoluxub

Bakı. Trend:

ABŞ-ın birinci xanımı Cill Baydenin koronavirus testinin nəticəsi yenidən müsbət çıxıb.

Trend xəbər verir ki, bu barədə onun mətbuat xidmətinin rəhbərinin müavini Kelsi Donohyuya istinadən "CNN" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-ın birinci xanımında simptomların qayıtması müşahidə edilmir.

K.Donohyu qeyd edib ki, Cill Baydenlə təmasda olan bütün şəxslər onun testinin nəticəsi barədə məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti