...

Filippində sərnişin bərəsində yanğın olub

Dünya xəbərləri Materials 26 Avqust 2022 20:29 (UTC +04:00)
Filippində sərnişin bərəsində yanğın olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Filippin sahillərində içərisində 82 nəfərin olduğu bərədə yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə gəmi paytaxt Manilanın limanına yaxınlaşarkən qeydə alınıb.

Yanğın baş verən bərədə 34 heyət üzvü ilə yanaşı, 48 sərnişinin olduğu bildirilib.

Qeyd olunur ki, bu anadək 73 nəfəri xilas etmək mümkün olub.

Hazırda digər şəxslərin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti