...

Yaponiyada qasırğaya görə 30-a yaxın aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 1 Sentyabr 2022 20:17 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın cənubundakı Okinava prefekturasında "Hinnamnor" qasırğası ilə əlaqədar azı 28 aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, bölgədə küləyin sürəti saniyədə 75 metrə çatır.

Meteoroloqlar şiddətli yağıntıların, güclü küləklərin və dalğaların olacağı barədə xəbərdarlıq edib.

Uçuşların nə zaman bərpa oluna biləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, "Hinnamnor" avqustun 28-də Sakit okeanda tropik qasırğa kimi formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti