Bakı. Trend:
Argentinanın Tukuman vilayətində mənşəyi məlum olmayan pnevmoniyaya yoluxma hallarının sayı 11-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə regionun Səhiyyə Nazirliyi bildirib.
"11-ci yoluxan şəxs xroniki xəstəlikləri olan 64 yaşlı kişi olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub", - deyə qeyd olunub.
Bir gün əvvəl xəstəlik 81 yaşlı kişidə aşkarlanıb. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ağırdır.