Bakı. Trend:
İtaliyada ictimai nəqliyyatda tibbi maska taxmaq zərurəti aradan qaldırılıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, nəqliyyatda maska rejimi bu il oktyabrın 1-dək qüvvədə idi. İtaliyada hazırda maska zərurəti yalnız tibb müəssisələrində qalmaqdadır.
Qeyd edək ki, ölkədə bu günədək 22,5 milyon nəfər koronavirusa yoluxub, 177 min nəfər vəfat edib.