...

Çevrilişçilərin lideri Burkina-Faso prezidenti təyin edilib

Dünya xəbərləri Materials 6 Oktyabr 2022 03:15 (UTC +04:00)
Çevrilişçilərin lideri Burkina-Faso prezidenti təyin edilib

Bakı. Trend:

Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri, kapitan İbrahim Traore rəsmən ölkə prezidenti və silahlı qüvvələrin ali komandanı təyin edilib.

Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi dövlət televiziyasının efirində hakimiyyətin bəyanatına istinadən xəbər verib.

"Mühafizə və Bərpa Uğrunda Vətənpərvərlər Hərəkatının prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanı kimi fəaliyyət göstərir", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti