...

Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etmədiyini bildirib

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 06:48 (UTC +04:00)
Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etmədiyini bildirib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı neftdən ABŞ-a qarşı silah kimi istifadə etməyə çalışmır, "OPEK+"un neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyatın maraqlarına uyğun olaraq qəbul edilib.

Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Andel əl-Cubeyr "Fox News" telekanalına müsahibəsində deyib.

"Səudiyyə Ərəbistanı neft üzrə qərarları siyasiləşdirmir. Neft silah deyil, qırıcı və ya tank deyil. Ondan atəş etmək mümkün deyil. Bizim üçün neft əmtəədir, qlobal iqtisadiyyat üçün vacibdir. Səudiyyə Ərəbistanının bundan ABŞ-a zərər vermək və ya hər hansı digər siyasi səbəblərə görə istifadə etdiyi fikri kökündən yanlışdır", - deyə dövlət naziri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti