Bakı. Trend:
Krım körpüsündə yük avtomobili partlayıb.
Trend bu barədə TASS agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, yük avtomobolinin partlaması nəticəsində körpünün dəmiryol hissəsində hərəkət edən yanacaq daşıyan qatarın yeddi vaqonunda yanğın baş verib.
Hadisə nəticəsində körpünün bir hissəsi uçub. Körpüdə hərəkət tamamilə dayandırılıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.