Bakı. Trend:
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bir neçə gün əvvəl Krım körpüsündə baş vermiş partlayışla əlaqədar 8 nəfəri saxlayıb.
Trend-in məluimatına görə, bu barədə FTX-nin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, saxlanılanlar arasında 5 Rusiya vətəndaşı olub. Digər 3 nəfər Ukrayna və Ermənistan vətəndaşlarıdır.
Ümumilikdə, partlayışla əlaqədar 12 nəfərin şübhəli şəxs qismində müəyyən edildiyi bildirilib.
Xatırladaq ki, Krım körpüsündə partlayış oktyabrın 8-də baş verib.