...

Zelenski və Trüdo “taxıl sazişi”ni müzakirə ediblər

Dünya xəbərləri Materials 11 Noyabr 2022 01:05 (UTC +04:00)
Zelenski və Trüdo “taxıl sazişi”ni müzakirə ediblər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə Ukraynaya müdafiə dəstəyinin genişləndirilməsi imkanlarını və "taxıl sazişi"nin uzadılmasının zəruriliyini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı V.Zelenski özünün "Telegram" kanalında yazıb.

"Kanadanın baş naziri Castin Trüdo ilə Ukraynaya müdafiə dəstəyi, onun genişləndirilməsi imkanları və "taxıl sazişi"nin uzadılmasının vacibliyi müzakirə edilib", - deyə Ukrayna Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti