...

Sakit okeanda 7,3 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Dünya xəbərləri Materials 11 Noyabr 2022 17:04 (UTC +04:00)
Sakit okeanda 7,3 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sakit okeanda, Tonqa krallığı sahillərində Rixter cədvəli ilə 7,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə bu gün ABŞ Geoloji Xidməti bildirib.

Qeyd olunur ki, zəlzələ paytaxt Nukualofadan 207 kilometr məsafədə, yerin 25 kilometr dərinliyində qeydə alınıb.

Hər hansı bir fəsad barədə məlumat verilməsə də, Tonqa hökuməti sunami xəbərdarlığı verib. Sakinlərə sahil zonadan adanın daxili hissələrinə getmələri tapşırılıb.

Xatırladaq ki, bu ilin yanvarında Tonqada güclü vulkan püskürməsi nəticəsində sunami qeydə alınmış, bir sıra yaşayış məntəqələrinə ciddi ziyan dəymişdi. Həmin vaxt azı 3 nəfərin ölümü qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti