...

İstanbulda partlayışı törədən qadın Suriya vətəndaşıdır

Dünya xəbərləri Materials 14 Noyabr 2022 12:33 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulun Taksim meydanında partlayışı törədən qadın Suriya vətəndaşıdır.

Trend-in məlumatına görə, bu barədə İstanbul Şəhər Polis İdarəsinın açıqlamasında deyilir.

Məlumatda qeyd olunur ki, Əhlam Əl-Bəşir adlı qadın PKK terror təşkilatı tərəfindən cəlb edilib və qanunsuz yollarla Suriyadan Türkiyə ərazisinə daxil olub.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti