...

Ərdoğan Fələstində baş verən yanğınla bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 18 Noyabr 2022 23:28 (UTC +04:00)
Ərdoğan Fələstində baş verən yanğınla bağlı başsağlığı verib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Qəzzanın şimalında qaçqın düşərgəsində baş verən yanğında onlarla insanın həlak olması ilə bağlı Fələstin xalqına başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə "Anadolu" angentliyi məlumat yayıb.

"Qəzzada baş verən yanğın nəticəsində aralarında uşaqların da olduğu 21 fələstinlinin həlak olması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti