...

Aİ ölkələri Rusiya neftinin maksimal qiyməti ilə bağlı razılığa gələ bilməyiblər

Dünya xəbərləri Materials 29 Noyabr 2022 08:55 (UTC +04:00)
Aİ ölkələri Rusiya neftinin maksimal qiyməti ilə bağlı razılığa gələ bilməyiblər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya nefti üçün konkret qiymət həddinin müəyyən edilməsi ilə bağlı yenidən razılığa gələ bilməyiblər.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Aİ dövlətləri Rusiya Federasiyasından xam neftin bir barelinin qiyməti üçün 62 dollar səviyyəsində "maksimal" qiymətin tətbiqini müzakirə ediblər, lakin danışıqlarda nəticə əldə olunmayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, Polşa və Baltikyanı ölkələr belə qiyməti yüksək hesab ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti