...

Meksikada qaz kəmərində partlayış olub

Dünya xəbərləri Materials 30 Noyabr 2022 08:57 (UTC +04:00)
Meksikada qaz kəmərində partlayış olub

Bakı. Trend:

Meksikanın Verakruz ştatında qaz kəmərində etan sızmasının qarşısını alarkən baş verən partlayışda 10-dan çox insan yanıq xəsarətləri alıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində regional fövqəladə hallar idarəsi bildirib.

Məlumata əsasən, qəza Tabasko ştatının yaxınlığındakı Aqua-Dulse bələdiyyəsində baş verib:

"İdarə olunan yandırma zamanı sızma yerində partlayış qeydə alınıb. Aparılan işlər zamanı 11 iştirakçının xəsarət alması məlum olub, onlardan biri ikinci dərəcəli yanıq xəsarətləri alıb, qalanları isə birinci dərəcəli yanıq xəsarətləri alıb".

Güclü partlayışdan sonra qaz kəmərində yanğın baş verib, onu söndürmək hələ ki mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti