...

Haitidə silahlı şəxslər 12 nəfəri öldürüb

Dünya xəbərləri Materials 1 Dekabr 2022 07:42 (UTC +04:00)
Haitidə silahlı şəxslər 12 nəfəri öldürüb

Bakı. Trend:

Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı Kabare kəndində silahlı şəxslər 12 nəfəri öldürüb.

Trend xəbər verir ki, hücum zamanı kənddə bir neçə ev yandırılıb.

Haitidə sosial və iqtisadi vəziyyət uzun müddətdir yüksək inflyasiya, milli valyutanın dəyərdən düşməsi və yüzlərlə insanın həyatına son qoyan küçə quldur dəstələrinin toqquşması nəticəsində mürəkkəbləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti