...

Cənubi Koreya KXDR-yə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib

Dünya xəbərləri Materials 2 Dekabr 2022 07:41 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreya hakimiyyəti Pxenyanın nüvə raketi proqramı ilə bağlı KXDR-dən olan səkkiz şəxsə və yeddi təşkilata qarşı birtərəfli sanksiyalar tətbiq etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə cümə günü Cənubi Koreyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Hökumət, noyabrın 18-də qitələrarası ballistik raketin buraxılışı da daxil olmaqla, Koreya yarımadasında və planetdə sülh və sabitliyə ciddi problem yaradan Şimali Koreyadan artan nüvə və raket təhlükəsinə sərt cavab olaraq, nüvə raket proqramına töhfə verən və ya Şimala qarşı sanksiyalardan yayınmağa yardım edən səkkiz şəxsə və yeddi təşkilata qarşı sanksiyalar tətbiq edir", - deyə Nazirlikdən bildirilib.

Qeyd edilir ki, sanksiyaların tətbiq edildiyi şəxslər arasında bir Tayvan sakini, bir Sinqapur sakini, qalan altı nəfər isə Şimali Koreyadandır. Təşkilatlara üç Sinqapur firması və dörd Şimali Koreya firması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti