...

ABŞ məhkəməsi Trampın şirkətini vergi fırıldaqlarında təqsirli bilib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 02:42 (UTC +04:00)
ABŞ məhkəməsi Trampın şirkətini vergi fırıldaqlarında təqsirli bilib

Bakı. Trend:

Nyu-Yorkun Manhetten andlı iclasçılar məhkəməsi "Trump Organization" şirkətini maliyyə fırıldaqları işində təqsirli bilib.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi məlumat yayıb.

Bütün dünyada otelləri, qolf meydançalarını və digər daşınmaz əmlakı idarə edən şirkət cərimələrlə üzləşib. Dəqiq məbləğ daha sonra Nyu-York ştatının hakimi tərəfindən müəyyən ediləcək.

"Trump Organization" özünü təqsirli bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti