...

ABŞ Rusiya Aerokosmik Qüvvələrini sanksiyalar siyahısına əlavə edib

Dünya xəbərləri Materials 9 Dekabr 2022 23:08 (UTC +04:00)
ABŞ Rusiya Aerokosmik Qüvvələrini sanksiyalar siyahısına əlavə edib

Bakı. Trend:

ABŞ cümə günü Rusiyanın üç strukturuna, o cümlədən Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, sanksiyalara həmçinin Rusiya Müdafiə Nazirliyinin 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi və Hərbi Nəqliyyat Aviasiyası Komandanlığı da məruz qalıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu strukturların “İrandan pilotsuz uçuş aparatlarının alınmasında əli olduğu” iddia edilir.

Bundan başqa, sanksiyalar siyahısına Rusiyada cizgi filmləri istehsal edən "KinoAtis" şirkəti də daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti