Bakı. Trend:
Peru sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri İka şəhərindən 102 km cənub-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.