...

Türkiyədə Mahsun Kırmızıgülün oğlu güllələnib

Dünya xəbərləri Materials 2 Yanvar 2023 03:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Gənclər çölə çıxdıqdan sonra atəş səsləri eşidilib.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti