Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasına 100 ildə ilk dəfə spiker seçilməsi bir turla məhdudlaşmayıb, Respublikaçıların lideri Kevin Makkarti ilk dəfə səs çoxluğunu ala bilməyib.
Trend-in məlumatına görə, bu barədə "C-SPAN" televiziya kanalı xəbər verib.
Ümumilikdə səsverməyə üç namizəd irəli sürülüb: Respublikaçılardan - K.Makkarti və Endryu Biqs, Demokratlardan isə Hakim Ceffris. Respublikaçıların lideri kifayət qədər səs toplaya bilməyib.
Analoji vəziyyət sonuncu dəfə düz 100 il əvvəl - 1923-cü ildə baş verib.