Bakı. Trend:
Peruda hökumət əleyhinə etirazçılar tərəfindən bağlanan yolların sayı cümə günü rekord həddə çatıb.
Trend xəbər verir ki, bu barədə Perunun Quru Sərnişin və Yük Daşımaları İdarəsinə istinadən "El Comercio" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına əsasən, respublikanın 8 rayonunda yerləşən 83 yerdə avtomobil yolları bağlanıb. Ən çox zərər görən Puno və Kusko departamentləri olub, burada müvafiq olaraq 30 və 18 yolun bağlanması qeydə alınıb.
2022-ci il dekabrın 7-də Peru prezidenti Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etirazlar başlayıb. Onların iştirakçıları dövlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.