Bakı. Trend:
ABŞ administrasiyası Türkiyəyə "F-16" qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı ABŞ Konqresinə sorğu göndərib
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
"Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf edərək, mən bu işinin hazırkı vəziyyəti haqqında danışmaq hüququnu "DSCA"ya verərdim", - deyə o qeyd edib.
Pentaqonun mətbuat katibi bildirib ki, təbii ki, ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərə gəlincə, Türkiyə ABŞ-ın mühüm tərəfdaş və mühüm müttəfiqidir.
"Bu əlaqələri necə gücləndirə biləcəyimiz, qarşılıqlı müdafiənin necə təmin olunacağı barədə Türkiyə liderləri ilə işləməyə davam edəcəyik", - deyə P.Rayder qeyd edib.