...

Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 19 Yanvar 2023 07:40 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonundan 17 km aralıda 4,6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bakı vaxtı ilə 06:22-də qeydə alınan zəlzələnin ocağı 7 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti