...

Burkina-Faso hökuməti Fransadan ordusunu ölkədən çıxarmağı tələb edib

Dünya xəbərləri Materials 22 Yanvar 2023 07:39 (UTC +04:00)
Burkina-Faso hökuməti Fransadan ordusunu ölkədən çıxarmağı tələb edib

Bakı. Trend:

Burkina-Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.

Trend-in məlumatına görə, bu barədə Burkina Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, hökumət ötən çərşənbə günü Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 2018-ci il 17 dekabr tarixli sazişi ləğv edib.

Qeyd edək ki, yanvarın 20-də Uqaduquda ölkədə Fransa qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti