...

Türkiyə Xarici İşlər Nazirliyi Şərqi Qüdsdə sinaqoqda törədilən terror aktını pisləyib

Dünya xəbərləri Materials 28 Yanvar 2023 05:52 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Şərqi Qüds sinaqoqunda çoxlu insanın ölümü ilə nəticələnən terror aktını pisləyir.

Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında qeyd olunub.

"Yanvarın 27-də axşam Qüdsdə sinaqoqda törədilən və çoxlu insanın ölümü ilə nəticələnən terror aktını pisləyirik. Regionda son vaxtlar daha tez-tez baş verən hücumların yeni bir zorakılıq mərhələsinə səbəb olacağından narahatıq. Biz bütün tərəfləri bu cür hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq", - deyə Türkiyə XİN bildirib.

Nazirlik "hücum nəticəsində həlak olanların ailələrinə, habelə İsrail hökumətinə və xalqına başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti